ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları hədəfə alınmaqda davam edir.
Gununsesi.info xəbər verir ki, İraq İslami Müqaviməti İran tərəfdarı olan silahlı qrupların çətiri altında verdiyi açıqlamada Suriyadakı Konoko neft yatağındakı ABŞ bazalarına və Əl-Ömər neft yatağına raket hücumu həyata keçirdiyi bildirilib.
Açıqlamada raketlərin bazaları vurduğu bildirilib və hücumların İsrailin Qəzza zolağına davam edən hücumlarına cavab olaraq həyata keçirildiyi vurğulanıb.
Hücumda hər hansı itki olub-olmadığı məlum deyil.
Gununsesi.info