Suriyadakı döyüşlərdə rusiyalı general-leytenant öldü

  • By admin
  • 25 Sentyabr 2017 10:36

0_49299100_1431152819_l_650x410 (1)

Rusiyalı general-leytenant Suriyanın Deyr əz-Zor şəhəri ətrafında İŞİD terrorçuları ilə gedən qızğın döyüşdə minamyot atəşi nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafə Nazirliyi məlumat yayıb.

TASS xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda rusiyalı generalın hansı şəraitdə ölümünə aydınlıq gətirlib. Məlumatda deyilir ki, Rusiyalı hərbi məsləhətçilər qrupunun rəhbəri, general-leytenant Valeriy Asapov hadisə zamanı Suriya ordusunun komanda məntəqəsində olub və buradan suriyalı döyüş komandirlərinə Deyr Əz-Zor şəhərinin azad olunması barədə məsləhətlərini verirmiş. “Gözlənilmədən İŞİD terrorçularının atdığı minanın partlaması nəticəsində V.Asapov ölümcül yara alaraq dünyasını dəyişib”- RF Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Gununsesi.info