Suriyadakı hərbi bazaların danışmaq tezdir -Peskov

Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi barədə danışmaq hələ tezdir və bu, ölkənin yeni hakimiyyət orqanları ilə danışıqların predmetinə çevriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Suriyadakı Rusiya hərbçiləri hərbi bazaların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir”– deyə Peskov bidirib.

Peskov həmçinin vurğulayıb ki, Rusiya rəhbərliyi Suriyadakı hərbi obyektlərin təhlükəsizliyinə zəmanət verə biləcək qüvvələrlə əlaqə yaratmaq üçün lazım olanları edir.

 

 

Günel

Gununsesi.info