Suriyada druz və bədəvi ərəb qəbilələri arasında qarşıdurmalar davam edir. İsrail druzlara humanitar yardım göndərilməsi əmrini verib, BMT isə insan haqlarının pozulması ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın cənubundakı Suveyda şəhərində druz qrupları ilə bədəvi ərəb qəbilələri arasında toqquşmalar davam edir .
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba təhlükəsizlik qüvvələrinin toqquşmaları yatırmaq üçün şəhərə yenidən cəmləşməyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.
Suriya dövlət televiziyası Əl-İxbariyyə də iddialarla bağlı yerdəki təhlükəsizlik mənbələrindən aldığı məlumatları Facebook hesabında paylaşıb. Yazıda, “İndiyə qədər (Suriya) Daxili İşlər Nazirliyi qüvvələrinin Sveydadakı toqquşmalara son qoymaq üçün bölgəyə daxil olması barədə yayılan xəbərlər yalandır”.
Digər bəyanatla isə Birləşmiş Millətlər Təşkilatından (BMT) bildirilib. BMT-nin İnsan Haqları Başçısı Volker Türk, “Suriya müvəqqəti administrasiyası Sveydadakı ölüm və pozuntulara görə məsuliyyət və ədaləti təmin etməlidir” deyib.
Türk əlavə edib: “Bu qan gölünə və zorakılığa son qoyulmalı və bütün insanların beynəlxalq hüquqa əsaslanan müdafiəsi əsas prioritet olmalıdır”.











