Suriyadakı təhlükəsizlik zonalarına Rusiya, Türkiyə və İrandan olan birləşmələr nəzarət edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudski söyləyib. O, təhlükəsizlik zonalarında atəşkəs rejiminə nəzarət və silahsız dinc insanların məskunlaşması üçün müşahidə və nəzarət buraxılış məntəqələri yaradılacağını bildirib.
Rudski bu məntəqələrə Rusiya, Türkiyə və İrandan olan birləşmələrin nəzarət edəcəyini söyləyib.
Gununsesi.info