Suriyadan Türkiyəyə keçməyə çalışan terrorçu PKK/PYD-YPG üzvləri tutulub

Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan PKK/PYD-YPG terrorçu qruplaşmasının iki üzvü tutulub.

Gununsesi.info “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilib:

“Sərhədlərimizin təhlükəsizliyi üçün mübarizəmiz qətiyyətlə davam edir”.

Məlumata görə, Suriyadan qanunsuz yollarla Türkiyəyə keçməyə çalışan 2 nəfər saxlanılıb:

“İstintaq zamanı onların PKK/KCK-PYD/YPG terror təşkilatının üzvləri olduğu müəyyənləşib”.

 

Şəbnəm

Gununsesi.info “