Suriyalı müxaliflər Ankaraya gəlib

  • By admin
  • 03 Fevral 2017 15:13

suriya

Fevralın 3-də Suriya müxalifətinin siyasi və hərbi təmsilçiləri Türkiyə gəliblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın Suriya müxalifətinin təmsilçilərini iştirakı ilə toplantı keçirir.

Toplantıda Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin lideri, ölkənin sabiq baş naziri Riyad Hicab, Suriya Milli Koalisiyasının başçısı Ənəs əl-Abdə, Astana toplantısında iştirak edən hərbi qrupların nümayəndələri, Suriya Kürd Milli Şurası, Suriya Türkmən Məclisi başçıları və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, toplantıda BMT-nin vasitəçiliyi ilə Cenevrə danışıqlarının yenidən bərpa olunması məsələsi, eləcə də Astana görüşünün nəticələri müzakirə olunacaq.

Anar
Gununsesi.info