Suriyalı və əfqan qaçqınlar Türkiyədə iki türkü qətlə yetirdilər… - FOTO

  • By admin
  • 15 May 2017 20:40

istanbul-qetl

Türkiyədə “Suriya” gərginliyi yaşanır.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, İstanbul şəhərində əfqan və suriyalı qaçqınların Türkiyə (İstanbul şəhər sakini) vətəndaşı olan bir gənc qıza söz atması sonucda gərginliyə səbəb olub və ortalığı əməlli-başlı qarışdırıb.

Türkiyə vətəndaşları ilə əfqan və suriyalı qaçqınlar arasında yaşanan gərginlik və qovğada bir nəfər türk qətlə yetirilib.

Bıçaqlanaraq, qətlə yetirilən Ramazan Şahinin 24 yaşı olub.

Eyni zamanda, Türkiyənin Mərsin şəhərində suriyalı qaçqınlar bir nəfər mərsinlinin boğazını ülgüclə kəsərək, qətlə yetiriblər.

Son iki gündə yaşanan bu qanlı qətliamlar isə Türkiyə cəmiyyətində geniş rezonansa və kəskin etiraza səbəb olub.

KAMİL

Gununsesi.info