Suriyalılar PKK-ya qarşı etiraz aksiyası keçirib

  • By admin
  • 10 Mart 2017 20:25

suriya pkk

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Azez şəhərində əhali PKK-ya qarşı nümayiş təşkil edib.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, etirazçılar Azad Suriya Ordusuna səslənərək PKK-nın Suriya qolu PYD-nin işğalına son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, nümayişçiləri polis qüvvələri də müşayiət edib.

Gununsesi.info