Suriyanın antik şəhəri Palmira turizmə açılacaq

  • By Admin2
  • 18 Fevral 2025 11:14

Arxeoloqlar və mütəxəssislər Suriyadakı tarixi yerləri araşdırırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, lazımi bərpa işlərindən sonra bu bölgələrin yenidən turizmə açılması hədəflənir.

Bu yolla iqtisadiyyata mühüm resursun verilməsi planlaşdırılır.

Turistlər üçün cazibədar edilməsi hədəflənən yerlər arasında qədim Palmira şəhəri də var.

Vətəndaş müharibəsindən əvvəl İpək Yolu üzərində yerləşən Palmiranı ayda 150 min insan ziyarət edirdi. O, “Səhranın gəlini” kimi tanınır. YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır.

Çəhrayı sütunlu səhranın ortasında yerləşən qədim şəhər bir ilə yaxın İŞİD-in nəzarətində qalıb.

Bu müddət ərzində onun bir çox hissəsinə böyük ziyan dəyib. Onun muzeyindəki sənədlər və heykəllər talan edilib.

Əsəd rejiminin devrilməsindən sonra Palmiranı yenidən turizmə açmaq üçün səylər başladı.

UNESCO daha əvvəl Suriyadakı tarixi yerlərin bərpası üçün lazımi dəstəyin verilə biləcəyini açıqlamışdı. Bununla belə, ilk növbədə hərtərəfli araşdırmaların aparılmalı olduğu bildirilir.

Mütəxəssislərin sahə səfərləri zamanı məlum olub ki, xüsusilə keçmiş müharibələr və ya əvvəlki illərdən yaranan çökmə və çatların qarşısını almaq üçün sürətli müdaxiləyə ehtiyacı olan yerlər var.

“Muzeylərdəki sənədlər də yenidən qeydiyyata alınmalı və elektron sistemə daxil edilməlidir ki, tam milli məlumat əldə olunsun”, – deyə arxeoloqlardan biri bildirib.

Orxan Saffari

Gununsesi.info