“Suriyanın bombalanan bazasında kimyəvi silah olub” - PENTAQON

  • By admin
  • 07 Aprel 2017 08:13

suriya

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.

“Suriyanın “Şəyrat” aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”, – deyə  Ceff Devisin bəyanatında bildirilir.

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib. ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.

Gununsesi.info