“Suriyanın gələcəyi üçün ABŞ-la əməkdaşlıq edəcəyik”  - MÖVLUD ÇAVUŞOĞL

  • By admin
  • 08 Fevral 2017 15:55

movlud

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata  məlumat verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Çavuşoğlu bildirib ki, D.Trampdan öncə ABŞ-a rəhbərlik edən şəxs sözümüzü dinləmədi: “Belə ki, İŞİD-ən fərqlənməyən PYD Terror Təşkilatına dəstək verirdi. Bu isə Suriyanın gələcəyi üçün çox təhlükəliydi. Hazırda biz Suriyanın gələcəyi üçün ABŞ-la əməkdaşlıq edəcəyik. Bundan sonra mübarizəmizin daha təsirli olacağını düşünürəm. Qısa müddət ərzində Suriya və İraq ərazisində kök salan İŞİD-i məhv edəcəyimizə əminəm” -, deyə M. Çavuşoğlu sözlərinə əlavə edib.

Anar

Gununsesi.info