Suriyanın keçid hökumətinin rəhbəri elan olundu

  • By Günel
  • 09 Dekabr 2024 20:59

Suriya müxalifəti keçid hökumətinin başçısının adını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu ölkənin keçid idarəçiliyi üçün hökuməti formalaşdırmaqla vəzifələndirilən Məhəmməd əl-Bəşir olacaq.

Əvvəllər o, Suriyanın şimal-qərbinə nəzarət edən hökumət əleyhinə islamçı qruplar tərəfindən yaradılmış, mərkəzi İdlibdə yerləşən Suriya Qurtuluş Hökumətinə rəhbərlik edib.

Gununsesi.info