Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası dronla hücuma uğrayıb

  • By ilhame
  • 31 Dekabr 2023 15:03

Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası dronla hücuma uğrayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

“Rumeylandakı Amerika hərbi bazasına dron hücum edib”, – telekanal bildirib.

Qeyd edək ki, ümumilikdə ABŞ-nin Suriyadakı 24 hərbi bazası və dörd məntəqəsi var.

Gununsesi.info