“Suriyanın Şimalına doğru əməliyyat etmək Türkiyənin hüquqi haqqıdır” – Peskov

  • By admin
  • 22 Noyabr 2022 17:39

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov növbəti dəfə Türkiyəyə dəstək açıqlaması verib.

 

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, Rusiya rəsmisi öz çıxışında rəsmi Ankaranın öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarını anladıqlarını və buna hörmətlə yanaşdıqlarını söyləyib.

Bu mövzunun Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə danışdıqlarını bildirən Peskov ölkəsinin Türkiyə ilə açıq və qurucu dialoqa əsaslanan münasibətlərə önəm verdiyini dilə gətirib.

Tərcüməçi:

Arzu Sayadoğlu

Gununsesi.info