Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalındakı Fərat Qalxanı və Zeytun Budağı bölgələrində 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabından etdiyi paylaşımda bu ifadələr yer alıb:

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində aşkarladıqları 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Qəhrəmancasına fədakar mübarizəni davam etdiririk, sevgili vətənimiz naminə bütün gücümüzlə terrora və terrorçulara qarşı mübarizəmizi davam etdirəcəyik”.

Orxan Saffari

Gununsesi.info