“Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verilməyəcək” - ƏRDOĞAN

  • By admin
  • 09 İyul 2017 07:29

erdogan

Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək. 

Gununsesi.info-nun  Türkiyə mediasına istinadən xəbərinə görə,  bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.

“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq” – deyə,Ərdoğan  qeyd edib.

Onu da qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər.

Eyni zamanda, bu ilin sentyabr ayının 25-də “Şimali Kürdüstan”da müstəqillik referendumunun keçirilməsi nəzərdə tutulur.

Türkiyə başda olmaqla, bir sıra dövlətlər bunun əleyhinə olduqlarını bildirsələr də, Məsud Bərzani yönətimi referendum qərarında israrlı olduqlarını qeyd ediblər.

KAMİL

Gununsesi.info