Suriyanın Türkiyə ilə sərhədində partlayış: 15 ölü, 20 yaralı

  • By admin
  • 15 Avqust 2016 10:47

suriya

Suriyanın Türkiyə ilə sərhədində güclü partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın İdlib şəhərinin şimal-şərqində yerləşən Atma qəsəbəsində Əsəd rejiminə müxalif silahlı qrupu daşıyan avtobusda partlayış baş verib.

İlkin məlumata görə, partlayış zamanı15 müxalif  həyatını itirib, 20 nəfər isə yaralanıb. Əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.Yaralılar dərhal Türkiyə xəstəxanalarına yerləşdirilib.

Hələlik partlayışın baş vermə səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info