Suriyaya dair razılaşma Rusiya və Türkiyənin birgə uğurudur

  • By admin
  • 29 Sentyabr 2017 08:40

Russian President Putin visits Turkey

“Suriyaya dair razılaşmaların əldə olunması – Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün, faktiki olaraq, artıq lazımi şərait yaradılıb”. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə Ankarada keçirdiyi danışıqlardan sonra bildirib.

“Çətinliklərə baxmayaraq, biz müsbət nəticə əldə edə bilmişik. Hesab edirəm ki, bu razılaşmalar bizim ümumi,  çox mühüm uğurumuzdur. Bu həmdə dostumuz cənab Ərdoğanın uğurudur”, – deyə V.Putin qeyd edib.

V.Putin qeyd edib ki, terrorçuların məhv edilməsi və suriyalıların dinc həyata qayıtması yalnız region üçün deyil, bütün dünya üçün prinsipial məsələdir.

Türkiyə və Rusiya liderləri Suriyadakı böhranın nizamlanması üçün XİN, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarının  xətti ilə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər.

Gununsesi.info