“Suriyaya hücum məsələsini bir həftə öncə ABŞ-la danışmışıq” – Fikri İşıq

  • By admin
  • 25 Avqust 2016 13:51
fikri
“Biz Suriyaya hücum məsələsini bir həftə öncə ABŞ-la danışmışıq”.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin müdafiə naziri Fikri İşıq NTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriya kürdləri mütləq olaraq Fərat çayının şərq sahilinə keçməlidir. “Suriya kürdlərinin  hərbi birləşmələrinin Fərat  çayının qərb sahilindən şərq sahilinə keçidi bir həftə çəkəcək. Biz bunu ABŞ-la hələ bir həftə öncə razılaşdırmışıq. Razılaşmaya əsasən  kürd döyüşçüləri iki həftə ərzində Fərat çayının şərq sahilinə keçməlidir. Hazırda  kürdlərin çoxu ərazidən çıxmayıb, biz gözləyirik və  prosesi izləyirik”- deyə, müdafiə naziri bildirib.
Gununsesi.info