Sürücü avtomobili piyadaların üzərinə sürdü

  • By admin
  • 19 Yanvar 2018 09:20

Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İnsident yerli vaxtla saat 20:30-da baş verib. İlkin məlumata əsasən, avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda saxlanılıb və bildirib ki, epilepsiyadan əziyyət çəkir.

Gununsesi.info