Sürücü digər sürücünü qətlə yetirib - AVTOMOBİL ÜSTÜNDƏ

  • By admin
  • 17 Yanvar 2018 09:00

Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki,hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Gununsesi.info