Sürücü idarəetməni itirdi - 2 ölü

  • By admin
  • 08 İyul 2016 14:04

yol

 

 

Ağcabədi rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Gununsesi.info”-ya verilən məlumata görə, hadisə iyulun 7-də saat 17 radələrində rayonun Şahsevən Təzəkənd kəndində qeydə alınıb. Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər. V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır