
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun məlumatına görə, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Salyan rayon sakini Mübariz Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Almara Kərimova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info