“Sürücü təhlükəli sürərsə, əcəb edir” yazan sürücü barədə - DİN tədbir gördü

  • By ilhame
  • 06 Avqust 2024 21:47

Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.

 

Gununsesi.info-nun məlumatına görə, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.

 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:

 

“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.

 

Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq”.

Gununsesi.info