Sürücü yoldaşına kömək etmək istədi - ÖLDÜ

  • By admin
  • 21 Avqust 2017 15:42

piyade

İsmayıllı rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info