
Ölkədə koronavirusla bağlı maarifləndirici tədbirlər davam etdirilir.
Gununsesi.org xəbər verir ki, avtosfer.az saytı koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı avtomobildə dezinfeksiya işlərinin necə aparılması ilə bağlı videoçarx hazırlayıb.
Videoçarxda avtomobildə ən çox istifadə olunan detalların dezinfeksiya qaydaları ilə bağlı Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı danışıb. Bildirib ki, çarxın hazırlanmasında məqsəd sürücü və sərnişinlərə bu virusdan qorunmanın yollarını izah etməkdir. Qaydalar nə qədər sadə olsa da, bir o qədər önəmlidir.
Gununsesi.org