Sürücülərin diqqətinə!!!YOL TƏMİRƏ BAĞLANIR

Sürücülərin diqqətinə!!!

Sabah paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində abadlıq və yenidənqurma işləri aparılacaq.

Gununsesi.info  Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, bu işlərlə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilib.

Gununsesi.info

COMMENTS