Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət dəyişdirildi – FOTO

  • By admin
  • 02 Mart 2024 15:50

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Gununsesi.info bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib. Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir.

Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib. Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyədönmə edirdilər.

Gununsesi.info