Sürücülərin nəzərinə: Bu yol bağlanır

  • By admin
  • 09 İyul 2017 19:38

bineqedi_corat
Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

Axar.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

“Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Gununsesi.info