Sürücülərin nəzərinə: - "İldə bir dəfə təlimlərə cəlb olunacaqsız"

  • By admin
  • 16 Noyabr 2016 16:10

sernisin

Sərnişin daşıyan nəqliyyat sürücüləri ildə bir dəfə təlimlərə cəlb olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, bu gün sərnişin daşıyan nəqliyyat sürücülərinin hərəkət vəziyyəti problemli olaraq qalır. “Ona görə də hesab edirəm ki, sürücülk mədəniyyətinin artırlması məqsədi ilə bu nəqliyyat vasitələrində işləyən sürücülər ildə minimum bir dəfə təlimlərə cəlb olunmalıdır. Onalara bu təlimlərdə nəqliyyatı nümunəvi idarə etmə və bu sahədə digər maarifləndirmə işləri aparılmalıdır”.

Mürtəza

Gununsesi.info