Sürücülərin nəzərinə: BU YOLLARDA SÜRƏT HƏDDİ ENDİRİLDİ

  • Müəllif: admin
  • 07 Dekabr 2017 10:18

Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.

Gununsesi.info