Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI

  • By admin
  • 10 Avqust 2021 14:10

Paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

– Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, “20 Yanvar” dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur).

– Alı Mustafayev küçəsi – köməkçi yol – (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıqdır.

– Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişmədən başlayaraq, Binəqədi qəsəbəsi istiqamətində) sıxlıqdır.

Qeyd: Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra – Əsas yolda, “20 Yanvar” dairəsi istiqaməti üzrə sıxlığın əsas iki səbəbi var:

– Yol-nəqliyyat vasitələrinin çoxluğu

– Nəqliyyat vasitələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra üç zolaqlı yoldan yol ötürücüsünün üzərinə doğru iki zolaqlı yola daxil olmasıdır (Yol-nəqliyyat hadisəsinin və nasazlığının olmadığı vaxtlarda).

Gununsesi.info