
Avtomobilini başqasına sürməyə icazə verən vətəndaşlar cərimə oluna bilərlər.
Gununsesi.info xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən əsasən avtomobilini sürücülük hüququ olmayan vətəndaşlara verən vətəndaş buna görə məsuliyyət daşıyır. Söhbət sürücülük vəsiqəsi olmayan, sürücülük kateqoriyası uyğun olmayan, sürücük vəsiqəsinin müddəti bitən və sürücülük hüququ məhdudlaşdırılan şəxslərdən gedir. Sadalanan maddə ilə bağlı müxtəlif hallar üzrə 60 manatdan 6 min manata qədər cərimə, 15 gün inzibati həbs nəzərdə tutulub. Müxtəlif qayda pozuntuları üzrə cərimələrin məbləği belədir:
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı |
335.1. | Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə | Fiziki şəxslər 60 manat
Vəzifəli şəxslər 200 manat Hüquqi şəxslər 2000 manat |
335.2. | Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə | Fiziki şəxslər 100 manat
Vəzifəli şəxslər 300 manat Hüquqi şəxslər 3000 manat |
335.3. | Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə | Fiziki şəxslər 180 manat
Vəzifəli şəxslər 500 manat Hüquqi şəxslər 5000 manat |
335.4 | 335.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə | – fiziki şəxslər 200 manat,
vəzifəli şəxslər 500 manat hüquqi şəxslər 3000 manat |
335.5 | Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – | 15 gündən bir ayadək müddətə inzibati həbs
hüquqi şəxslər 5000 manat |
335.6. | Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – | fiziki şəxslər 400 manat
vəzifəli şəxslər 800 manat 15 gündən bir ayadək müddətə inzibati həbs hüquqi şəxslər 6000 manat |
Gununsesi.info