Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində bundan sonra yeni qaydalar tətbiq ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ”Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Belə ki dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək.
Gununsesi.info