Sürücülük vəsiqəsinin verilməsində yaş həddinin artırılması nəzərdə tutulur

  • By admin
  • 08 Sentyabr 2016 11:15

millimeclis-2015_40

Bu gün Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinnin iclası öz işinə başlayıb.

Gununsesi.info xəbər verir ki, iclasda bir sıra qanunlara əlavələr və dəyişikliklər müzakirəyə çıxarılıb. Müzakirə olunan məsələlər arasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər məsələsi də var. Qanuna dəyişiklikdə nəqliyyat idarəetmə vasitələrinə sürücülük vəsiqəsinin verilməsində  yaş həddinin artırılması nəzərdə tutulur. Qanuna edilən dəyişikliyə əsasən, D,E kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan yuxarı olan insanlara veriləcək. D kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək haqqında təcrübə 3-ildən az olmamaq şərti ilə, bu kateqoriyaya daxil olan nəqliyyat vasitəsitəsinin idarə edilməsi 23 yaşdan ehtibarən veriləcək. D, E katiqoriyasına aid olan idarəetmə hüququ isə 26 yaşdan ehtibarən veriləcək. D, E kateqoriyasında bundan öncə 24 yaşdan ibarət idi, indi isə D,E kateqoriyasına malik olanlara 26 yaşında veriləcək. B kateqoriyasının yaş həddi 21-dən 23-ə qaldırılıb, C kateqoriyasının yaş həddi isə 24-dən, 26-ya qaldırılacaq.

 Mürtəza

Gununsesi.info