
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:46-da başa çatıb.
Anar
Gununsesi.info