Xaricdə yanacaqdoldurma məntəqəsinə dəbdəbəli maşını ilə gələn şəxs maşınının çənini doldurduqdan sonra məbləği demək üçün pəncərədən əyilən işçiyə, sürücü pulları üzünə atıb. Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə yerdən pul yığan qadının bir müddət sonra göz yaşlarını saxlaya bilməyib ağladığı görülüb.
Gununsesi.info xəbər verir ki, təhlükəsizlik kamerasına əks olunan görüntülərdə qadının bir-bir pulları yığdığı görülüb. Bir müddət sonra yanacaqdoldurma məntəqəsinin əməkdaşı göz yaşlarına hakim ola bilməyib ağlamağa başlayıb. Sözügedən görüntülər qısa zamanda sosial şəbəkədə yayılsa da, lüks avtomobilin sürücüsünə reaksiyalar da artıb.
Gununsesi.info