Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı - VİDEO

  • By admin
  • 20 Sentyabr 2019 17:34

Bakıda sürücü tərəfindən təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin polisi tutduğu vəzifədən azad edilib.

Gununsesi.org BakuPost.az-a istinadən xəbər verir ki, Mehdi Səlimov yaşa görə təqaüdə göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl taksi sürücüsü Fəxrəddin Nəsirov ona protokol yazan Mehdi Səlimovu təhqir etmişdi. O, 15 gün müddətində həbs edilmişdi.