Sürüşmə nəticəsində evlər qəzalı vəziyyətə düşənlər barədə açıqlama -Video

  • By ilhame
  • 15 Mart 2024 22:51

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası ərazisində sürüşmə nəticəsində evlər qəzalı vəziyyətə düşüb.

 

Suraxanıda baş verən sürüşmə hadisəsində evi darmadağın olan vətəndaşın problemi Baku TV-nin işıqlandırması və aidiyyəti quruma müraciətindən sonra həllini tapıb.

 

Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehman Hüseynov da bunu təsdiqləyib. O, Baku TV-nin problemin həlli ilə bağlı tədbirlərin görülməsində böyük rolunun olduğunu etiraf edib:

 

“Qəzalı vəziyyətə düşmüş evlərlə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mərkəzi icra aparatına müraciət olundu. Müraciətimizə müsbət cavab alandan sonra bu gün vətəndaşlara kirayə pulu ayrılıb”.