“Survivor”də utancverici hadisə - İŞTİRAKÇILARDAN BİRİ TRANSSEKSUAL ÇIXDI

  • By admin
  • 14 Aprel 2017 21:00

survivor

Dünyaca məşhur “Survivor” yarışması tarixində bir ilk yaşanıb.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, yarışmanın Amerika versiyasında Cef Varner adlı iştirakçı maraqlı açıqlama verib. O, digər yarışmaçı Zek Smitə dönərək “Niyə transseksual olduğunu söyləməmisən?” – deyib.

Zek isə cavabında belə vurğulayıb: “Mən bundan utanmıram. Sadəcə yarışmada cinsiyyətimlə deyil, Zek olaraq yadda qalmaq istədim”.

Müsabiqənin digər iştirakçıları gözyaşları içərisində 29 yaşlı Smitə dəstək olublar, Cefi isə tənqid ediblər.

Gununsesi.info