
İki isveçli qadının təsadüfən tapdığı şüşə butulka 1978-ci ildə balıqçı qayığından atılan mesajı üzə çıxarıb.BBC məktubun sahibini araşdırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 47 ildən sonra İsveç adalarından birində tapılan şüşədəki Şimal dənizi mesajının sirrini BBC Scotland News həll edib.
Dostlar Ellinor Rosen Eriksson və Asa Nilsson yuyulmuş şüşəni bu ilin əvvəlində tapıblar.
Nəm, solğun məktubu oxumaq çətin idi, lakin onlar Addison Runsi adını, 1978-ci ili və ünvanı ayırd edə bildilər.
Məktubun Loraley balıqçı qayığında işləyən, lakin 1995-ci ildə vəfat edən balıqçı Ceyms Addison Runsiyə aid olduğu məlum olub. Məktubu o vaxt ekipaj yoldaşı Gavin Geddes yazıb və o, gəminin dənizə yıxılmasından 47 il sonra tapıldığını öyrənincə məəttəl qalıb.
Qeyd edək ki, 32 yaşlı Ellinor və 55 yaşlı Asa butulkanı fevral ayında İsveçin qərb sahilində tapıblar.
Orxan