Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü – Prezident

  • By admin
  • 12 Aprel 2021 18:38

Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü.

Gununsesi.info  xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı deyib.

“Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaqdır. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq”, – dövlət başçısı bildirib.

 

Gununsesi.info