Şuşa 2023-cü il üçün “Türk dünyasının Mədəniyyət Paytaxtı” seçildi

  • By admin
  • 31 Mart 2022 16:48
Azərbaycanın Mədəniyyət Paytaxtı olan əziz Şuşa 2023-cü il üçün “Türk dünyasının Mədəniyyət Paytaxtı” seçilib.
Gununsesi.info xəbər verir ki , bu barədə qərar TÜRKSOYa üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub (Bursa 2022-ci ildə Türk dünyasının Mədəniyyət Paytaxtıdır).
Belə bir qərar vermiş TÜRKSOYa könül dolusu təşəkkürlər edərkən, mədəniyyət işçilərimizi, incəsənət xadimlərimizi, şuşalıları, bütövlükdə xalqımızı təbrik edirəm.
Bundan öncə respublikamızın başqa bir şəhəri – Şəki Türk dünyasının Mədəniyyət Paytaxtı seçilmişdi (2016-cı ildə). İnanırıq ki, Şuşa yeni fəxri statusunu öz qüruruna, zəngin tarixi, mədəni ənənələrinə uyğun şəkildə doğruldacaqdır.
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən böyük mədəniyyət layihələri, quruculuq, təmir-bərpa işləri dağlar incisinin öz ruhuna, öz gözəl dünyasına dönməsini təmin etməkdədir.
Şuşa İlində Şuşa ilə bağlı belə xoş xəbər eşidərkən, ilk növbədə Şuşa uğrunda canını qurban verən şəhidlərimizi dərin ehtiramla anır, yaralı qazilərimizə şəfa diləyir, Şuşa uğrunda döyüşmüş hər kəsə salam-sayğımızı yetiririk.
Müzəffər Ali Baş Komandanımız başda olmaqla şanlı Silahlı Qüvvələrimizin tarixi Zəfəri mədəniyyət və incəsənət xadimlərimizin xidmətləri ilə süslənəcəkdir.
DÖVLƏTİMİZ VAR OLSUN!
Gununsesi.info