
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası ilə bağlı layihə Milli Məclisdə I oxunuşda qəbul edilib.
Gununsesi.info bildirir ki, parlamentin aprelin 26-da keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qoyduğu hallar istisna olmaqla aşağıdakı hallarda “Şuşa” sözündən istifadəyə yalnız razılıqla yol veriləcək:
Razılaşdırılmalıdır…
– hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
– mükafatların və təltiflərin adlarında;
– yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
– kommersiya və reklam məqsədilə;
– əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Gununsesi.info