Bir həftə sonra Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının 5 ili tamam olacaq.
2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu Bəyannamə iki qardaş ölkə arasında strateji münasibətləri yeni mərhələyə qədəm qoymasına imkan yaratdı
Bəs Şuşa Bəyannaməsi son 5 ildə nələri dəyişdi?
Gununsesi.info bildirir ki, deputat Vüqar Bayramov bəyannamənin imzalanmasının bütün sahələrdə əməkdaşlığı daha da gücləndirdiyini deyib.
“Bəyannamə imzalanmışdan əvvəlki ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar idisə, bu göstərici ötən il 5 milyard 720 milyon dollaradək yüksəlib. Bu Bəyannamə imzalanandan sonra ölkələr arasındakı ticarət dövriyyəsinin 28 faiz artması deməkdir. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır.
İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.
“Şuşa Bəyannaməsinin” nəticləri təbii ki, yalnız iqtisadi əlaqələrin dərinləşməsi ilə məhdudlaşmır. Bu iki ölkə arasında bütün sahələrdə sarsılmaz müttəfiqlik münasibətləri deməkdir”.
Şəbnəm












