“Şuşa ili”nə dair müsabiqənin nəticələri elan edildi

  • By admin
  • 28 İyun 2022 14:32

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub.

Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib ki, “Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalib layihələrin icrası diqqət mərkəzində saxlanılacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.

Gununsesi.info