
“Ermənistan milli qvardiyası” təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcək. “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” – təşkilat bəyan edir.
Bu, terrorun və ermənilərin Azərbaycana qarşı kamikadze hücumlarının təşviq edilməsidir.
Və məsələ təkcə bir təşkilatın yardım etməsindən ibarət deyil: QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası”nın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var; terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran əslində Ermənistan dövlətidir.
Gununsesi.info