Şuşa şəhərində yürüş keçirilir

  • By ilhame
  • 07 Fevral 2024 21:07

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.

 

Gununsesi.info-nun xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.

Qeyd edək ki, ABŞ-nın “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Gununsesi.info