Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər

  • By admin
  • 17 Sentyabr 2021 14:10

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi twitter səhifəsində paylaşım edib.

“Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.

Gununsesi.info